Ehtiyyatlı olun,DYP avtomobillərində radar var.

Oxunma sayı: 176
18-09-2022, 00:28

Ehtiyyatlı olun,DYP avtomobillərində radar var.
Son vaxtlar vətəndaşların avtomobildən çəkilən şəkillərlə radara düşməsi barədə şikayətlər gəlməkdədir.
Şikayətçilərdən birinin dediyinə görə Nobel prospektində Nargilə kafesinin yanında qanuni radardan 200 metr aralıda DYP avtomobili dayanır və sürət həddini aşan avtomobillərə cərimə yazılır.
Digər vətəndaş Sumqayıt yolunda dayanan DYP avtomobilindən çəkilmiş şəkili təqdim edib.
Arasdırma.info bu barədə məlumat üçün DYP sözçüsünün münasibətini öyrənib.Əməkdaşın sözlərinə görə belə radarların avtomobildə quraşdırılması qanunidir.Radarın qanuni olması üçün onun polisin mərkəzi informasiya bazasına inteqrasiya olunması şərtdir. Əgər radar mərkəzi informasiya bazası ilə əlaqələndirilibsə, o zaman qayda pozuntusu zamanı sürücünün ünvanına elektron protokol gələcək.
Ona görə də vətəndaşları xəbərdar edirik.Sürət həddinə əməl edin,əks halda gözləmədiyiniz yerdə radar sizi çəkəcək.

Paylaş
Xəbər lentİ