Qanunsuz fəaliyyət göstərən "VİTO"-lar,ölümlər, AYNA-nin nəzarətsizliyi...

Oxunma sayı: 1
Bu gün, 02:45

İki gün öncə Lənkəranda ağır yol-nəqliyyatı hadisəsi baş verib.Yenə də Mersedes Vito,yenə də ölüm...
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, 16-da saat 21:20 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla “Dong Feng” markalı yük avtomobili toqquşub.
Nəticədə mikroavtobusda olan 2 sərnişin həyatını itirib, 1 nəfər xəsarət alıb.
Kanal17.org bildirir ki, bu hadisə ilk və sonuncu deyil. Buna bənzər qəzalar mütəmadi olaraq baş verir. Daha əvvəlki qəzada 8 nəfər həyatını itirmişdi,ondan əvvəl 6 nəfər...
Statistikaya görə bu ilin birinci yarısında 533 qəza baş verib və 285 nəfər dünyasını dəyişib. Hadisələrin əksəriyyəti magistral yollarda baş verib.
Azərbaycanın magistral yollarında yüzlərlə belə mikroavtobus qanunsuz sərnişindaşıma ilə məşğuldur. Lakin onların qarşısını alan yoxdur.
Bəs kimdir bu "Mersedes Vito"lara nəzarət edən ,niyə lazımi tədbir görülmür ? Məlumata görə qanunsuz fəaliyyət göstərən sürücülər
heç bir VÖEN, vergi, sığorta və buraxılış kartı olmadan, qeyri-rəsmi "taksi" kimi dayanacaqlardan (məsələn, "20 Yanvar" və ya "Koroğlu" metrosu ətrafından) rayonlara sərnişin yığır.
Onu da qeyd edək ki,qanunla Vito tipli maşınlar adətən müntəzəm marşrut xətlərinə (məsələn, rəsmi avtovağzal xətlərinə) buraxılmır, çünki rayonlararası müntəzəm xətlər üçün böyük tutumlu avtobuslar nəzərdə tutulur. Lakin qanuni sənədləri olan bəzi daşıyıcılar turlar və ya xüsusi sifarişlər çərçivəsində sərnişin apara bilərlər.
O zaman sual ortaya çıxır : AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) kifayət qədər nəzarət edə bilmir və ya ortada külli miqdarda pul dövriyyəsi var.
Məsələ ilə bağlı AYNA-nin qaynar xətti (141) ilə əlaqə saxlasaq da telefona cavab verən olmadı.
Aidiyyatı qurumlardan xahiş edirik ki,məsələ ilə bağlı müvafiq tədbirlər həyata keçirilsin. Vətəndaşların təhlükəsizliyi daha önəmlidir.
AYNA--nin fikirlərini dərc etməyə hazırıq.

Qanunsuz fəaliyyət göstərən "VİTO"-lar,ölümlər, AYNA-nin nəzarətsizliyi...
Qanunsuz fəaliyyət göstərən "VİTO"-lar,ölümlər, AYNA-nin nəzarətsizliyi...
Qanunsuz fəaliyyət göstərən "VİTO"-lar,ölümlər, AYNA-nin nəzarətsizliyi...

Paylaş
Xəbər lentİ