Xırdalanda ər-arvad bir-birini bıçaqladı - İkisi də öldü

Oxunma sayı: 0
Bu gün, 19:55

Xırdalanda ər-arvad bir-birini bıçaqladı - İkisi də öldü
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib.
Arasdırma.org Report-a istinadən xəbər verir ki, ər və arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb.

Nəticədə kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ