General göstəriş verdi, diplomlarla bağlı araşdırma başladı - İşdən çıxarılanlar var

Oxunma sayı: 169
21-12-2022, 18:51

General göstəriş verdi, diplomlarla bağlı araşdırma başladı - İşdən çıxarılanlar var
Dövlət Gömrük Komitəsində (DGK) diplomlarla bağlı araşdırma aparılır.
Arasdırma.info xəbər verirki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov göstəriş verib.

Artıq ilkin nəticələr də məlum olub. Belə ki, gömrük sahəsində çalışan xeyli sayda vəzifəli və rütübəli şəxsin diplomunun təsdiqlənməməsi faktı aşkarlanıb.

O da aydın olub ki, DGK-nın bəzi rütübəli şəxsləri xarici ölkələrdəki ali məktəblərə adlarını yazdırsa da, həmin ölkələrə getmədən "təhsil” alıblar. Bu kimi hallar müəyyən edilən şəxslər işdən azad olunur və bəzinin barəsində isə araşdırma aparılır.//qaynarinfo

Paylaş
Xəbər lentİ