Ələkrəm Hümmətov vəfat etdi

Oxunma sayı: 177
22-12-2022, 22:45

Ələkrəm Hümmətov vəfat etdi
Özünü qondarma Talış-Muğan Respublikasının lideri kimi təqdim edən və 2004-cü ildən Niderlandda yaşayan Ələkrəm Hümmətov dünyasını dəyişib.

Arasdırma.info xəbər verir ki, o, Niderlandda xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, Ələkrəm Ələkbər oğlu Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Bu vəzifədə olarkən, 1993-cü ildə qondarma Talış-Muğan Respublikasını elan edib və separatçılıq fəaliyyətinə görə həbs edilib. 2004-cü ildə həbsdən azad edildikdən sonra mühacirətə gedib.//qafqazinfo

Paylaş
Xəbər lentİ