Daha qızılı əvvəlki kimi ala bilməyəcəksiniz: Qaydalar dəyişdi

Oxunma sayı: 162
1-01-2023, 01:20

Daha qızılı əvvəlki kimi ala bilməyəcəksiniz: Qaydalar dəyişdi
Daha qızılı əvvəlki kimi ala bilməyəcəksiniz: Qaydalar dəyişdi

Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısının yalnız nağdsız qaydada həyata keçiriləcək həddi müəyyənləşir.

Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni - 3.4.15-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Paylaş
Xəbər lentİ