Uşaq sıxlığı problemini necə həll etmək olar? – Bağça müdirindən təklif

Oxunma sayı: 154
2-03-2023, 22:26

Uşaq sıxlığı problemini necə həll etmək olar? – Bağça müdirindən təklif
“Tərbiyəçilərin işə qəbulu ilə bağlı atılan addımları yüksək qiymətləndirirəm”


Abşeron rayon 24 saylı bağçanın direktoru Leyla Bayramova Moderator.az-a açıqlamasında bağçalara işə qəbul qaydasından danışarkən bir neçə maraqlı məqama diqqət çəkib.

Onun fikrincə, tərbiyəçilərin işə qəbulu ilə bağlı nazirlik tərəfindən atılan addımlar yüksək qiymətləndirilməlidir:



“Bağça rəhbərliyi olaraq, elektron portalda uşağın yalnız, ad, soyad və şəxsiyyət vəsiqəsinin kodunu görə bilirik. O siyahıya düşən zaman yaxşı olardı ki, orada valideynin nömrəsi, elektron poçtu və s. əlaqə vasitəsi də qeyd edilsin. Bununla uşağın bağçaya gəlib-gəlməyəcəyini dəqiqləşdirə bilərik. Şəxsi kabinetdə bağçadan imtina düyməsi 2 həftə sonra gəlir. Bu düymənin daha tez gəlməsi çox yaxşı olardı. Nəticədə vaxt itkisi azalardı.



Bağçalara tərbiyəçilərin MİQ vasitəsilə qəbulu çox yeni bir addım olduğundan, nəticəsini görmədən konkret fikir yürütmək çətindir. Ümumilikdə tərbiyəçilərin işə qəbulu ilə bağlı atılan addımları yüksək qiymətləndirirəm. Bu, birbaşa bağçalardakı təlimin keyfiyyətini artıracaq. Artıq bağçalarda çalışan müəllim Elm və Təhsil Nazirliyi tərəfindən qoyulan standartlara cavab verəcək. Bizdə vakant yer olmadığı üçün hələ müsabiqə vasitəsilə gələn müəllimlə rastlaşmamışıq”.



“Özəl bağçaların açılmasının tələbləri azaldılmalı, daha əlçatan olmalıdır”



Bağçalardakı problemin kökündə yer azlığını görən direktor bu istiqamətdə görülməli işləri qeyd etdi:



“Bağçalardakı problemin kökündə yerlərin az olması dayanır. Ümumiyyətlə, bağçaların, qrupların sayı artırılmalıdır. Burada yarımqrupların açılmasının mexanizmləri üzərində işlənilməlidir. Özəl bağçaların açılmasının tələbləri azaldılmalı, daha əlaçatan olmalıdır.



Həyətində əlavə sahəsi olan dövlət bağçalarında yeni korpusların tikilməli, otaq sayı çox olan bağçalarda yeni qruplar yaradılmalıdır. Bütün bunların nəticəsində əhatəlilik dairəsini genişlənirə bilərik”.

Paylaş
Xəbər lentİ