"Tonqal"da 85 min manatlıq ət "yeyən" kababçının istintaqı yekunlaşdı

Oxunma sayı: 170
12-04-2023, 19:47

"Tonqal"da 85 min manatlıq ət "yeyən" kababçının istintaqı yekunlaşdı
Bakıda fəaliyyət göstərən məşhur "Tonqal" restoranında 85 min manatlıq ət oğurlamaqda şübəli bilinən şəxslərin istintaq işi yekunlaşıb.

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə təqsirləndirilən şəxslər Füzuli rayon sakini Mehdiyev Radiq Rafiq oğlu və Qardaşov Natiq Miqdat oğludur.

Onlar barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi açılıb.

Zərərçəkmiş qismində isə "Tonqal” restoranının icarədarı Şəmsəddin Hüseynov Ələsdan oğlu tanınır.


İstintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrli ilə baxılacaq.
"Tonqal"da 85 min manatlıq ət "yeyən" kababçının istintaqı yekunlaşdı

Natiq Qardaşov

Qeyd edək ki, Radiq Mehdiyev özgəsinin əmlakını ələ keçirmək məqsədilə 1 oktyabr 2021-ci ildən 13 avqust 2022-ci ilədək müddətdə Şəmsəddin Hüseynovun icarəyə götürərək işlətdiyi "Tonqal” restoranında kababçı işləyən tanışı Natiq Qardaşovla əlbir olaraq, restorana gətirib təhvil verdiyi ətin çəkisini artıq qeyd etdirməklə restoranın xəzinəsindən həmin çəkiyə uyğun pul alıb. Nəticədə Şəmsəddin Hüseynova 85 min 980 manat məbləğində ziyan vurulub.

Paylaş
Xəbər lentİ