Məhkəmə 8-ci kilometr bazarında işləyən arabaçıların işinə baxdı

Oxunma sayı: 156
31-05-2023, 21:25

Məhkəmə 8-ci kilometr bazarında işləyən arabaçıların işinə baxdı
Bakıda 8-ci kilometr bazarında işləyən arabaçıların oğurluq hadisəsi ilə bağlı məhkəmə işinə baxılıb.

Arasdırma.info xəbər verir ki, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən fərdi evdə günü 3 manata kirayə qalan arabaçılardan birinin telefonu oğurlanıb.

Polsin apardığı araşdırma zamanı, hadisəni 1997-ci il tarixdə Yevlax şəhərində anadan olmuş Kamil (şərti) adlı şəxs tərəfindən törədildiyi məlum olub. O, da 8-ci kilometr bazarında arabaçı işləyib.


Onunu barəsində dərhal protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

Kamil izahatında bildirib ki, kirayə yaşadıqları evdə zərərçəkmiş arabaçının yatmasından istifadə edib onun telefonunu götürüb evdən çıxıb. Telefonu tanımadığı şəxsə 30 manata satıb.

Məhkəmənin qərarı ilə, dünən Kamil İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.//qaynarinfo

Paylaş
Xəbər lentİ