Son günlər marketlərdə, xüsusən də iri alış-veriş mərkəzlərində şəkər tozu tapmaqda çətinlik çəkilir.
Arasdırma.info xəbər verir ki, alıcıların iddiasına görə, şəkər tozu almaq üçün mağazalara üz tutduqda boş rəflərlə qarşılaşırlar.
Marketlərin bəzisi kifayət qədər şəkər tozu ehtiyatının olduğunu desələr də, bəziləri bu sahədə problemlərin mövcudluğunu etiraf edib.
OBA ,Bazarstor,Araz və bir sıra marketlərdə şəkər tozunun olmadığını müşahidə edən əməkdaşımız bunun mürəbbə sezonu ilə bağlı olduğunu öyrəndi.Bazarlarda meyvələrin ucuz olması və mürəbbə sezonu olduğundan istehlakçılar normadan 10 dəfə artıq şəkər tozu alıblar.
Əslində hər il mürəbbə sezonunda bu hal baş verir.Lakin bu il əvvəlkilərdən fərqli olaraq meyvələrin qiyməti çox ucuzdur.Məsələn,ötən il ərik 4 AZN -dən aşaöı düşmədi,gilas və vişnə 3-4 AZN olub.Bu il ərik 1.30-1.50,gilas vişnə 2 AZN,Çiyələk 1.50 .civarındadır.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70