Azərbaycanda polis əməkdaşı qəzada öldü

Oxunma sayı: 170
24-06-2023, 10:01

Azərbaycanda polis əməkdaşı qəzada öldü
Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Arasdırma.info xəbər verir ki,Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Yevlax rayonu ərazisində rayon sakini 1988-ci il təvəllüdlü Arif Məhərrəmov "Renault" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb.

Nəticədə Arif Məhərrəmov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, baş serjant A.Məhərrəmov Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olub.//azxeber

Paylaş
Xəbər lentİ