Polis qadınla bağlı əhaliyə müraciət etdi -DİQQƏT!

Oxunma sayı: 144
17-07-2023, 08:11

Polis qadınla bağlı əhaliyə müraciət etdi  -DİQQƏT!
1986-cı il təvəllüdlü Musayeva Pərvanə Qadir qızının itkin düşməsi barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə onun yaxınları tərəfindən müraciət edilib.

Afasdırma.info xəbər verir ki,bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.


Pərvanə Musayeva evdən çıxarkən əynində qara rəngli şalvar, çəhrayı rəngli köynək olub. Boyu 160-sm, saçlarının və gözlərinin rəngi qaradır.

Ruhi əsəb xəstəsidir və əvvəllər də dəfələrlə evdən xəbərsiz çıxaraq itkin düşüb.



Onu tanıyanlar və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Xəzər Rayon İdarəsinin 3-cü Polis Şöbəsinin 012-590-72-03, 055-207-08-88, 070-270-70-42 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Paylaş
Xəbər lentİ