Autizm Assosiasiyasının sədri Vilayət Eyvazova müraciət etdi

Oxunma sayı: 153
7-08-2023, 08:49

Autizm Assosiasiyasının sədri Vilayət Eyvazova müraciət etdi
Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədov daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazova müraciət ünvanlayıb.
Arasdırma.info Bakupost.aza istinadən həmin müraciəti təqdim edir:
"Hörmətli, cənab nazir!
Sizə həm Azərbaycan Autizm Assosiasiyasının rəhbəri, həm də autizmli uşağın valideyni kimi müraciət edirəm.
Sosial şəbəkələrdə yayılan videoda autizmli uşağa qarşı olan şiddət bizi məyus etdi. Görüntüləri izləmək çox üzücüdür. İllərdi bu uşaqlara həyatımızı veririk, onları cəmiyyətə qazandırmaqdan ötrü xeyli əziyyət çəkirik ki, bunu heç bir ölçü vahidi ilə ölçmək mümkün deyil.
Sizə bir daha Assosiasiyamıza üzv olan onlarla təşkilatın, yüzlərlə ailələrin adından müraciət edirik. Autizmli uşağa qarşı olan zorakılıqda iştirak edən şəxslərin aşkarlanmasını və layiqli şəkildə cəzalandırılmasını rica edirik. Bu barədə ictimaiyyətin məlumatlandırılması da ən vacib şərtlərdən biri olmalıdır ki, yenidən belə hallar təkrarlanmasın.
Sizə və qanunun aliliyinə inananırıq".
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə autizmli uşağa qarşı şiddət görüntüləri yayılmışdı. Məsələ ilə bağlı DİN araşdırma aparmış və həmin şəxslərin kimliyi müəyyən olunmuşdu.

Paylaş
Xəbər lentİ