Ordumuzun mayoru şəhid oldu

Oxunma sayı: 143
22-09-2023, 22:06

Ordumuzun mayoru şəhid oldu
Lənkəran Dövlət Universitetinin “Xarici dillər və tərcümə” kafedrasının baş müəllimi Rəfael Heydərovun oğlu, Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Vüqar Heydərov şəhidlik zirvəsinə ucalıb.

Arasdırma.info xəbər verir ki, bu barədə LDU-nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib.

Qeyd olunur ki, Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov və universitetin professor-müəllim-tələbə, işçi heyəti bu ağır itkidən hədsiz sarsıldığını bildirir, Rəfael Heydərova dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Paylaş
Xəbər lentİ