Azadlığa buraxılan tanınmış aktyor, ssenarist və rejissor Rza Rzayev cəzaçəkmə müəssisəsinin qarşısından ona həbs həyatında dəstək olan hər kəsə minnətdarlığını bildirib.
Arasdırma.info xəbər verir ki, o, bu barədə Feysbuk hesabında paylaşım edib.
O vurğulayıb ki, uyğun olan kimi hər kəsə fərdi təşəkkür edəcək.
Xatırladırıq ki, Rza Rzayev “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb. O, Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirdiyinə görə 1il 6 ay həbs cəzası almışdı
.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70