Araz Marketlər şəbəkəsində, eləcə də onların bir qolu olan OBA və SPAR marketlərdə yeni fırıldaq növü peyda olub.
Belə ki,endirim adı altında müxtəlif ərzaq məhsullarının qiyməti endirilir .Maraqlısı budur ki,kassadakı işçilər yalnız Araz bonus kartının olduğu halda endirimin mümkün olduğunu qeyd edirlər.Bu isə əksər müştərilərdə narazılıq yaradır.Çoxunda bonus kartı yoxdur.Ümumiyyətlə bu kart oyunu insanları çaş baş salıb.Təsəvvür edin ki,hərə cibində bir neçə kart gəzdirməlidir.Adı çəkilən marketlərdən biri də Yeni Yasamalda Ə.Əhmədov 41 də yerləşən Etalon binasının altında fəaliyyət göstərən SPAR marketdir. Şikayətçinin bildirdiyinə görə bir neçə məhsulu götürüb kassadan keçirib.Evdə qiymətlərə baxdıqda endirimin olmadığını görüb.Geri qayıdıb aınan malları qaytarmaq istəyib.Lakin ona bildiriblər ki,bonus kartı olmadan endirim edilmir.Müştəri məhsulu da mağazada qoyub,çıxıb.Bu da Araz marketlər şəbəkəsinin yeni fırıldağıdır.Hər 5 nəfərdən 3 də kart yoxdur.Bu da o deməkdir ki,isehlakçı aldadılır.
Bu marketdə birinci dəfə deyil ki, müştərilər aldadılır.Güman edirik ki,aidiyyatı qurumlar məsələyə aydınlıq gətirəcək.
Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70