Çörəyin qiyməti deyil, çəkisi artırılır - Açıqlama

Oxunma sayı: 40
1-02-2025, 09:07

Çörəyin qiyməti deyil, çəkisi artırılır - Açıqlama

Sosial şəbəkələrdə,eləcə də respublika mediasında gedən məlumatlar yanlışdır.
Bunu Araşdırma.info saytına Binə çörək zavodundan,eləcə də kiçik çörək zavodlarından məlumat verilib.
Sahibkarların dediyinə görə çörəyin bahalaşacağı ilə bağlı heç bir yenilik yoxdur.Unun qiyməti hələ qalxmayıb,çörək də əvvəlki qədər satılmır.Qiymət niyə artsın ki...
Məsələ yalnız "Nur çörək" zavodunun yeni çeşiddə (620 qramlıq) çörək istehsalına başlaması ilə bağlıdır.

Arasdırma.info xəbər verir ki, zavod bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

"Alıcılarımızın nəzərinə çatdırmaq istəyirik ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunacaq", - deyə məlumatda bildirilir.

Əldə etdiyimiz məlumata görə, digər çörək zavodlarının da eyni addımı atacaqları gözlənilir.

Paylaş
Xəbər lentİ