Sabiq millət vəkili vəfat edib. Təcrübəli pedaqoq, alim, professor, Azərbaycanda qiymətləndirici sektorun yaranmasında müstəsna xidmətləri olan, AQC-nin qurucusu və ən nəhayət səmimi insan, ictimai-siyasi xadim, Milli Məclisin 5 çağırış deputatı Xanhüseyn Kazımlı dünyadan köçmüşdür. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyəti bununla əlaqədar sonsuz kədərini ifadə edir, Xanhüseyn Kazımlının ailəsinə, övladlarına, doğmalarına və qiymətləndirmə sektoruna dərin hüznlə başsağlığı verir. Uca Tanrı səbir versin.
Allah rəhmət eləsin.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70