Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət müəyyənləşdi

Oxunma sayı: 5
21-10-2025, 22:13

Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət müəyyənləşdi
Qafqaz Müsəlmanları İdarəsi 2026-cı il Həcc ziyarəti üçün sənədlərin qəbuluna start verib.

Arasdırma.org xəbər verir ki, ziyarət paketi bir nəfər üçün 6100 ABŞ dolları təşkil edir və hava nəqliyyatı ilə həyata keçiriləcək. Sənədlərin qəbulu 22 oktyabrdan etibarən QMİ-nin Bakıdakı inzibati binasında aparılacaq. Yerlər məhduddur.

Tələb olunan sənədlər:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2) Şəxsiyyət vəsiqəsinin surəti;

3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4) Sağlamlıq haqqında arayış.

Paylaş
Xəbər lentİ