Bakıda həmcinslərinə dələduzluq edən qadın məhkəmə qarşısında

Oxunma sayı: 201
24-08-2022, 22:46

Bakıda həmcinslərinə dələduzluq edən qadın məhkəmə qarşısında
Bakının Nizami rayonunda iki nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Sevda Səfərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Arasdırma.info xəbər verir ki, cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Nəriman Mehdiyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Sevda Səfərovanın barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Sevda Səfərova iş görmək adı ilə Bakı şəhər sakinləri – Mərziyə Piriyeva və Vəfa Əliyevanın pullarını alaraq ələ keçirib.//demokrat.az

Paylaş
Xəbər lentİ