“Sədərək”dəki yanğına görə bir nəfər həbs edilib

Oxunma sayı: 187
11-01-2023, 07:35

“Sədərək”dəki yanğına görə bir nəfər həbs edilib
“Sədərək” ticarət mərkəzində yanğınla bağlı bir nəfər saxlanılıb.
Arasdırma.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.
Xəbər verildiyi kimi, yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş vermişdir.
Baş vermiş hadisə ilə bağlı zəruri istintaq hərəkətləri aparılmışdır.
İlkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanmışdır.
İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulmuşdur.
Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.//bakupost

Paylaş
Xəbər lentİ