Balakəndə FACİƏ: Qazi vəfat etdi, anasının ürəyi dayandı - FOTO

Oxunma sayı: 189
12-01-2023, 09:22

Balakəndə FACİƏ: Qazi vəfat etdi, anasının ürəyi dayandı - FOTO
Vətən müharibəsi qazisi vəfat edib.

Arasdırma.info xəbər verir ki, Balakən rayonu, İtitala kənd sakini Osmanov Zamir Şakir oğlu Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mərhumun cənazəsi bu gün Balakənə aparılaraq ailəsinə təhvil verilib.

Bu zaman oğlunun ölüm xəbərini eşidən anası Esma Çiliyevanın da ürəyi dayanıb.

Z.Osmanov bu gün doğulduğu kənddə torpağa tapşırılıb.

Esma Çiliyeva isə sabah dəfn ediləcək.
//lent.az

Paylaş
Xəbər lentİ