Bakıda 9 yaşlı uşaq 7 yaşlı dayısı oğlunu güllələdi

Oxunma sayı: 183
21-01-2023, 21:37

Bakıda 9 yaşlı uşaq 7 yaşlı dayısı oğlunu güllələdi
Yanvarın 20-si saat 17 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, bununla bağlı Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub.

Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş
Xəbər lentİ