Tanınmış prodüsser Oqtay Əliyev yol qəzasında DÜNYASINI DƏYİŞDİ - FOTOLAR

Oxunma sayı: 177
23-03-2023, 03:53

Tanınmış prodüsser Oqtay Əliyev yol qəzasında DÜNYASINI DƏYİŞDİ - FOTOLAR
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Arasdırma.info xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib.


Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Məlumata görə, xalq artisti Mehriban Zəki Sumqayıtdakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım (travmatologiya) Stansiyasına çatdırılıb.
Tanınmış prodüsser Oqtay Əliyev yol qəzasında DÜNYASINI DƏYİŞDİ - FOTOLAR
Tanınmış prodüsser Oqtay Əliyev yol qəzasında DÜNYASINI DƏYİŞDİ - FOTOLAR
Tanınmış prodüsser Oqtay Əliyev yol qəzasında DÜNYASINI DƏYİŞDİ - FOTOLAR
Tanınmış prodüsser Oqtay Əliyev yol qəzasında DÜNYASINI DƏYİŞDİ - FOTOLAR

Paylaş
Xəbər lentİ