Hidayət Heydərov Olimpiya çempionu oldu.Paris-2024

Oxunma sayı: 99
30-07-2024, 07:41

Hidayət Heydərov Olimpiya çempionu oldu.Paris-2024
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Arasdırma.info xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.

Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.

https://www.youtube.com/watch?v=6lWR1NyAsnE

Paylaş
Xəbər lentİ