Həyat gözəldir. Arzular, qarşıya qoyulmuş məqsəd bəhrə verdikdə o daha da rövnəqlənir, sevilir. Mənzilə yollarrn eniş-yoxuşuna qatlaşmağa qəlbində təpər olanar çatar. İnsan geriyə yox, irəliyə baxsa onu tərəqqi səsləyər, deyiblər.
Dahilərin görə uğur qazanmağın bir faizi istedadla, doxsan doqquz faizi zəhmətlə bağlıdır. Nəcib və saf niyyətlərlə çəkilən zəhmət isə insana hörmət qazandırar.
Dünyann ən ali varlığı olan insan, yarandığı gündən, taleyin ağrı-acıları, min bir sınağı ilə üz-üzə qalır. Ömrün daş-kəsəkli yollarında əziyyətlərlə qarşılaşır, Sanku Ulu Tanrı özü sınağa çəkir insanı. Onun aliliyini, mətinliyini yoxlamaq, lap son anda isə, pillə-pillə ucaltmaq, mükafatlandırmaq üçün. Azərbaycan təhsilinin inkişafında böyük xidmətləri olan keşməkeşli tale yollarının mətin yolçusu, xalqımızın fəxri xanımı Rəhimova Sədaqət Əmir qızı da məhz Tanrının sınağa çəkib, pillə-pillə ucaltdığı şəxsiyyətlərdəndir. Şərəfli və mənalı ömür səhifələrində qızıl misralarla bir salnamə yazılmasına layiq nüfuzlu şəxsiyyət, el arasında sayılıb-seçilən ziyalı xanım Sədaqət Rəhimva əsil nəcib bir inaan olaraq, xalq tərəfindən məhəbbət qazanmış və böyük etimada layiq pedaqoqdur.
Rəhimova Sədaqət Əmir qızı 24 fevral 1952-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1971-ci ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna daxil olub. 1973-cü ildə fərlənmə diplomu ilə bitirib. S.Ə.Rəhimova 2000-ci ildən YAP-nın üzvüdür. 1976-cı ildən Xətai rayonundakı 55 saylı körpələr evi uşaq bağçasında pedqqoji fəaliyyətə başlayıb, həmin gündən qarşısında geniş üfüqlər açılmışdır. Həmin rayonun 165, 200, 223 saylı körpələr evi-uşaq bağçalarında uzun illər tərbiyəçi və metodist işləyən Rəhimova az vaxtda pedaqoji ictimaiyyət tərəfindən tanındı. İşləyə-işləyə 1981-ci ildə V.İ.Lenin adına (indiki ADPİ-nun) Məktəbəqədər pedaqogika və psixologiya fakultəsinə daxil olub. 1986-cı ildə həmin fakultəni bitirərək Məktəbəqədər Pedaqogika və Psixologiya ixtisasına yiyələnib.
S.Ə.Rəhimova 1996-cı ildən Xətai rayonundakı 240 saylı körpələr evi uşaq bağçasına rəhbərlik etdiyi ilk gündən elmi-metodiki axtarışlarını daha da genişləndirmişdir. Uşaqlarla aparılan bütün fəaliyyət növlərində uşaqların milli və vətənpərvər ruhunda tərbiyə olunmasına diqqət artırılır ki, uşaqlarımız gələcək nəsil üçün əsil vətənpərvər şəxsiyyət kimi yetişsinlər. Biz Vətən uğrunda canını qurban verən şəhidlərimizi heç vaxt unutmarıq. Uşaqlarımız hər il “Şəhidlər xiyabanı”na, “20 Yanvar”, Xocalı soyqrımı şəhidlərini ziyarətə gedirlər.
S.Ə.Rəhimova uzun müddət Xətai rayonu təhsil şöbsində Təhsilyanı şurasının və metodik şuranın üzvü və metodbirləşmənin sədri olmuşdur.
1999-cu ildə “İslahat proqramı” həyata keçirildikdən sonra Respublika üzrə təhsil müəssisələrində “İlin ən yaxşı pedaqoji oxu mühazirələri” müsabiqələrinin qalibi olmuş, I dərəcəli diplomlara layiq görülmüşdür.
Rayon, Şəhər və respublika üzrə keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə Rayon Təhsil şöbəsi, Bakı baş təhsil idarəsi, Baki Şəhəri üzrə təhsil idarəsi, təhsil Nazirliyi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Azərbaycan Respublika Komitəsi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən I dərəcəli diplomlara, fəxri fərmanlara və fəxri diplomlara layiq görülmüşdür.
S.Ə.Rəhimova “Məhsəti xanım Gəncəvi”, “İnam”, Azərbaycan bayrağı, “Uğur”, “Nurlu ziyalı” fəxri media mükafatları laureatıdır.
S.Ə.Rəhimovanın pedaqoji fəaliyəti “Uşaq dünyasının sevinci”, (2001), XXI əsrin ziyalıları, (2002), “XX əsrin Azərbaycan qadınları ensiklopedik toplusu” (2003) “XXI əsrin ziyalısı” (2010) adlı kitablarla işıqlandırılmışdır.
S.Ə.Rəhimova Bakı Məktəbəqəsər Pedaqoji Texnikumunda və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitunda saat hesabı müəllimə işləmişdir.
S.Ə.Rəhimova 2011-ci ildən 2017-ci ilə qədər Müəllimlər İnstitunda “Respublika üzrə Müdirlərin İxtisasartırma” kursunda dərs demişdir.
S.Ə.Rəhimova 2012-ci ildə prof. Y.Ş.Kərimovun elmi rəhbərliyi ilə ən aktual bir problemə həsrt olunmuş “Məktəbəqədər yaşlı uşaqların fəaliyyət növlərinin qarşılıqlı əlaqələndirilməsinin elmi-pedaqoji əsasları” mövzusunda dissertasiyasını müdafiə edərək, “pedaqogika üzrə fəlsəfə doktoru” adı almışdır.
Təhsil naziri Misir Mərdanov tərəfindən təsdiq edilmiş “Məktəbəqədər təhsilin kurikulum”-nun hazırlanması üçün təşkil edilən işçi qrupunun üzvü olub, 2012-ci ildə nazirin əmrinə əsasən 10 nəfər nümayəndə heyəti ilə Fillandiyada olub və oranın təhsil sistemini öyrənmişdir.
Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə təsdiq edilmiş “Azərbaycan respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının həyata keçirilməsi ilə bağlı məktəbəqədər təhsilin kurikulum şöbəbəsində “Məktəbəqədər təhsilin kurikulumun hazırlanması üzrə yaradılmış işçi qrupunda fəaliyyət göstərmişdir. “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda keçirilən seminar-treninqdə iştirak etmiş və sertifikat almışdır.
Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun 26.12.2016-cı il tarixli 850 nömrəli əmrinə əsasən S.Rəhimova məktəbəqədər təhsil üzrə kurikulumların və ümumi təhsilin səviyyələri üzrə fənn kurikulumlarının layihələrinin haazırlanması üçün işçi qrupunun üzvüdür.
Təhsil Naziri ilə “Azərbaycan müəllimi” qəzeti Rəhimovanın rəhbərlik etdiyi məktəbəhazırlıq qrup uşaqlarınn intellektual səvuyyəsini və məktəb təliminə hazır olmasını yoxlamaq məqsədilə sorğular keçirilmişdir. Bu sorğunun materialları 06.06.2015-ci il tarixli “Azərbaycan müəllimi” qəzetində işıqlandırılmışdır.
S.Ə.Rəhimova Azərbaycan Qadınlarının II Qurultayına nümayəndə seçilmiş və Respublika Müəllimlər Konfransında iştirak etmişdir.
S.Ə.Rəhimova Xətai rayonu YAP Qadınlar Şurasının üzvüdür.
S.Ə.Rəhimova Respublika və Beynəlxalq üzrə keçirilən konfranslarda iştirak edərək tezislərlə çıxış etmiş və çoxlu sayda sertifikatlarla təltif olunmuşdur.
S.Ə.Rəhimovanın rəhbərlik fəaliyyəti Ulu öndər Heydər Əliyevin dövründən başlamışdır. Hələ 1998-ci ildə H.Əliyevin 75-ci ildönümünün keçirilməsi ilə əlaqədar Xətai TŞ-nin təşəbbüsü ilə “Təlim-tərbiyə prosesində Azərbaycan prezidenti möhtərəm Heydər Əliyevin həyat və fəaliyyəindən istifadə edilməsi təcrübəsindən” mövzusunda yaradıcı işi ilə Respublika müsabiqəsində iştirak etmişdir.
S.Ə.Rəhimova 2008-ci ildə isə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Biz Heydər Əliyev irsini öyrənirik”, Elmik-tədqiqat layihələri naminasiyaları üzrə keçirilən müsabiqədə 1-ci yeri tutduğuna görə I dərəcəli diploma layiq görülmüşdür.
Azərbaycan Respublikası Təhsil Naziriliyinin Elmi-Metodik Şurasının Məktəbəqədər və ibtidai təhsil bölməsinin üzvü olmuşdur.
S.Ə.Rəhimova 10 mart 2016-cı il tarixində Azərbaycan Respublikası Təhsil İnstitunun “Elmi Şurasında” Məktəbəqədər Kurikulum şöbəsinə Elmi müxbir seçilmişdir.
S.Ə.Rəhimova 2016-2017-ci tədris illərində Azərbaycan Respublikası prezidenti yanında “Bilik fondu və “Azərbaycan müəllimi” qəzetinin redaksiyasının birgə keçirdikləri “Ən yaxşı yazı” müsabiqələrinin qalibi olduğu üçün təşəkkürnamə və hədiyyə ilə təlif olunmuşdur.
S.Ə.Rəhimova Azərbaycan Psixologiya və Psixoterapiya Asossiasiyası APPA Təhsil psixologoiyası Departamenti “Təhsilə dəstək” layihəsi çərçivəsində təhsildə peşəkarlığın yüksəldilməsi və tədrisin keyfiyyətinin artırılmssı məqsədi ilə təhsil işçiləri üçün ”təşkil olunan “Öyrənmə və öyrətmə sulları Master Clas” silsilə seminarlarında və Azərbaycan psixologiya və psixoterapiya Assosiasiyası APPA 2017-ci il Yekun Hesabat konfransında iştirak etdiyinə görə
təltif edilmişdir.
S.Ə.Rəhimova ümumilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş “Müəllim hazırlığı strateji hədəflərdən biri kimi” mövzusunda keçirilən respublika elmi konfransında iştirak edərək “Tarixin memarı Heydər .Əliyev ideyalarının məktəqbəqədər təhsil müəssisələrində təbliğ edilməsi təcrübəsindən” mövzusunda tezislə çıxış etmişdir.
2020-ci il yanvarın 26-dan 30-na qədər Türkiyənin İstanbul şəhərindəki Esenyurd Universitetində keçirilən konfransda iştirak etmiş və “Təhsilin ilkin pilləsi olan Məktəbəqədər təhsil müəssisələrində müasir təlim metodları ilə aparılan pedoqoji işlərə rəhbərlik və ldierlik” mövzusu haqqında çıxış etmiş, 3 sertifikat və müxtəlif hədiyyələrlə təltif edilmişdir.
S.Ə.Rəhimova 18 metidik vəsaitin, 30 elmi əsərin, o cümlədən 95-ə yaxın jurnal və qəzet məqalələrinin müəllifidir.
(AVMVİB)-nin Azərbaycan Vətən M üharibəsi Veteranları İctimai Birliyinin təşəbbüsü ilə arxa cəbhədə döyüşən vətənpərvər ziyalı xanım sədaqət Əmir qızına Milli Ordunun 100 illiyi ilə əlaqədar medalı ilə təltif olunub.
01.12.2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində “Simmurq 2021” Mükfatı ilə təltif olunub.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə 14.01.2022-ci il tarixli “Qızıl qələm” Media mükafatı Laureatı diplomu ilə təltif olunmuşdur.
S.Rəhimovanın 24.02.2022-ci tarixində keçirilən yubileyi ilə əlaqədar aşağıdakı fəxri adlara layiq görülmüşdür:
ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin “Yubileyi döş nişanı” ilə təltif olunmuşdur.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan ziyalısı” media mükafatı ilə təltif edilmişdir.
Azərbaycan Vətən müharibəsi Veteranlar İctimai Birliyi tərəfindın “fəxri fərmanla”) təltif edlmişdir.
KİV içiləri Həmkarlar İttifaqı tərəfindən Vətənə və xalqa layiqli xidmətləri nəzərə alınaraq Rəhimova Sədaqət Əmir qızı “Xan qızı Natəvan” Ali media mükafatına layiq görülüb.
S.Rəhimova ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası Xətai rayonu Təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub.
S.Rəhimovaya Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münsibəti ilə dövlət və dövlətçiliyə sadiq ziyalı, “Qafqaz Media” İB-nin təsis etdiyi “Heydər zirvəsi 100” diplomu, vəsiqə və döş nişanı ilə təltif olunub.
Sədaqət xanım hazırda təqaüddədir. Saysız-hesabsız təltiflərin, uzun illər çəkdiyi zəhmətin müqabilində “əməkdar müəllim” fəxri adına layiq görülmək üçün Ali baş komandana, Birinci xanım Mehriban Əliyevaya müraciət edir ki, ən yüksək ada-“əməkdar müəllim” adına layiq görülsün. Peşə fəaliyyətində qazandığı saysız-hesabsız uğurlara görə bu ada layiq görülmək istəyir. Elə bir namuslu əmək yoxdur ki, əvvəl-axır mükafatlandırılmasın. Əminik ki, ziyalı alimimiz Sədaqət xanım Rəhimova da tez bir zamanda dövlət başçısı tərəfindən şərəfli “əməkdar müəllim” adına layiq görülər.
Onu da qeyd etmək lazımdır ki,Sədaqət Rəhimova mütəmadi olaraq respublika mətbuatında tərbiyəvi və maarifləndirici mövzularla çıxışlar edir:
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70