![]()
Yeni dərs ilinin başlanması ilə məktəblərdə pul yığımı başladı.Hələ bir neçə gün öncə bəzi məktəblərdə dərs bölgüsü ilə əlaqədar narazılıqlar var idi.
Belə ki, Biləsuvar rayonu Əliabad kənd tam orta məktəbindən narazılıqlar var.
Redaksiyamıza adının çəkilməsini istəməyən kənd sakini məktəbə iki uşağının getdiyini qeyd edir. Dərs başlayar, başlamaz uşaqlardan siniflərin təmiri və isti olması üçün müxtəlif bəhanələrlə pul yığımı başlayıb. Təbii ki,bu kimi hallar təkcə Əliabad məktəbində deyil,digər bir neçə kənd məktəbində də var. Araşdırmamız nəticəsində ı bu məktəblərin də adını qeyd etməyi planlaşdırırıq.
Məktəbin direktoru Rüstəmova Bəsirə Qocaxan qızıdır.Əslində bu direktor haqqında həmişə yaxşı fikirlər deyilib. Yaxçı pedaqoq, peşəkar müəllim və yaxşı direktor kimi adı çəkilib.
Lakin bu kimi bazar açılmasından xəbəri olub olmadığını müəyyən etmək istədik.
Bəsirə Rüstəmova telefona cavab vermədi. Təbii ki,dərs bölgüsündən də öz xeyrinə istifadə edən direktor məsələyə öz fikirlərini bildirməli idi.
Təhsil Nazirliyindən və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovdan bu məsələlər barədə araşdırma aparılmasını xahiş edirik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70