Nəfəs çatışmazlığı barədə. Həkim məsləhəti

Oxunma sayı: 46
Bu gün, 10:58

Nəfəs çatışmazlığı barədə. Həkim məsləhəti
Nəfəs darlığı nəfəs almaqda çətinlik və ya havanın kifayət etməməsi hissi ilə xarakterizə olunan bir vəziyyət kimi bəzilərini narahat edir.Hətta bu insanlarda buğulmaq qorxusu da yaradır.
Nədir buna səbəb və ya hansı xəstəliklərdən xəbər verir ?
Bu barədə tanınmış həkim terapevt Nərminə Abbasova Araşdırma.org saytına açıqlama verdi:

Tibb elminə çoxdan bəri məlum olan və "Tənəffüs çatışmazlığı" adlanan bu mürəkkəb simptomla üzləşən hər bir insan sanki nəfəsinin kəsiləcəyini düşünür. Bu da ölüm qorxusu yaradır.
Hava çatışmaması, dərindən nəfəs almamaq, hipernəfəsalma, təngnəfəslik və buna bağlı qorxu, təşviş hissinin hansı xəstəliklərdən qaynaqlandığını biləcəksiz.

Ümumiyyətlə xarici tənəffüs, qan dövranı və qan orqanizmi oksigenlə təchiz edən, karbon qazını xaricə verən funksional sistemdir. Bunlardan birinin fəaliyyətinin azalması dərhal digərinin işinə təsir edir və onun fəaliyyətini kompensator olaraq artırır, bunun nəticəsində də onlardan birində funksional çatışmazlıq baş verir. Ağ ciyər xəstəlikləri nəticəsində vahid zaman ərzində ağ ciyərdən keçən qan oksigenlə kifayət qədər təchiz olunmur və karbon qazından yaxşı təmizlənmir. Bunun nəticəsində sonralar tənəffüs çatışmazlığı baş verir, bu isə ürək-damar sistemi sürətlənməsinə səbəb olur. Bu halın uzun müddət davam etməsi ağ ciyər və ürək çatışmazlığına gətirib çıxarır: "Əksərən ürək çatışmazlığının müəyyən mərhələsində çox vaxt tənəffüs çatışmazlığı da baş verir. Bu halı eyni zamanda qan haqqında da demək olar. Anemiyalar zamanı hemoqlobin və eritrositlərin miqdarı kəskin sürətdə azaldığı üçün,bir tərəfdən xarici tənəffüs funksiyasının və digər tərəfdən qan dövranının artması hesabına kompensasiya olunur".

Nəfəs çatışmazlığı barədə. Həkim məsləhəti

Nəfəs darlığıın səbəbləri hansılardır ?

Anksiyete (narahatlıq) və panik ataklar:
Narahatlıq və qorxu hissi zamanı bədən “döyüş və ya qaç” reaksiyası göstərir. Bu nəfəs almanın tezliyini artırır və nəfəs darlığı yaradır.
Panik atak zamanı insanın kifayət qədər hava almadığını düşünməsi bu vəziyyəti daha da şiddətləndirir.
Stress və gərginlik:
Uzun müddətli stress sinir sistemini stimullaşdıraraq nəfəs darlığına səbəb ola bilər.
Stressli hallarda diafraqma əzələlərinin sıxılması düzgün nəfəs almanı çətinləşdirir.
Depressiya və psixoloji yüklənmə:
Depressiya zamanı tənəffüs mexanizmi yavaşlaya və ya qeyri-effektiv ola bilər.

Nərminə həkimin sözlərinə görə, tənəffüs çatışmazlığının əsas 6 növü var.
Mərkəzi sinir sistemi pozğunluğu nəticəsində baş verən tənəffüs çatışmazlığı, nəfəsalmanın çətinliyindən törənən, ağ ciyərdə hava və qanın paylanmasının pozulması nəticəsində yaranan tənəffüs çatışmazlığı, atmosfer təzyiqinin enməsi və havada oksigenin azalması nəticəsində yaranan, ağ ciyərin bir hissəsində yaranan problem zamanı ortaya çıxan tənəffüs çatışmazlığı, ağ ciyərdə alverolyar zarın xüsusiyyətinin dəyişməsi (pneymokoz) nəticəsində baş verən tənəffüs çatışmazlığı.

Ancaq praktikada daha çox ağ ciyər çatışmazlığı, ağ ciyər bronx aparatının xəstələnməsi nəticəsində, həmçinin ağ ciyər, ürək çatışmazlığı zamanı inkişaf edir. Bundan başqa tənəffüs çatışmazlığı tənəffüs və qan dövranı orqanlarının xəstəliyi olmadan da ortaya çıxa bilər. Məsələn, mərkəzi sinir sisteminin pozğunluğu (insult), kəskin qan azlığı zamanı və havada oksigen təzyiqi azaldıqda da tənəffüs çatışmazlığı yaranır.
Nəfəs darlığının qarşısını almaq üçün profilaktik tədbirlər hansılardır?

Nəfəs darlığını azaltmaq və risklərini minimuma endirmək üçün profilaktik tədbirlər mühüm rol oynayır. İlk növbədə, siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və müntəzəm fiziki aktivlik tənəffüs sistemini gücləndirir. Bununla yanaşı, artıq çəki ilə mübarizə aparmaq və stressi idarə etmək də nəfəs darlığının qarşısının alınmasında vacibdir.


Allergenlərə qarşı diqqətli olmaq, evdə toz, kif və tüklü heyvanlara qarşı gigiyenik tədbirlər görmək nəfəs problemlərinin qarşısını almağa kömək edir. Həmçinin, mövsümi xəstəliklər zamanı immuniteti gücləndirmək üçün vitaminlərdən istifadə və peyvəndləmə də önəmlidir.

Daimi tibbi müayinələr nəfəs darlığına səbəb ola biləcək ürək və ağciyər xəstəliklərinin erkən aşkarlanmasına imkan yaradır. Beləliklə, həm həyat keyfiyyəti qorunur, həm də ciddi fəsadların qarşısı alınır.
Nərminə həkim bildirdi ki,ən çox rast gəlinən hal panik atak, nevroz ,stressdən yaranır.
Panikaya təslim olmamalı, sakitləşdirici icməli və vəziyyəti ələ almalısız.Antidepresant, nevroz əleyhinə dərmanlardan istifadə etmək olar.
Əgər 10-15 dəqiqə ərzində nəfəs darlığı hissi keçmirsə təcili yardım çağırmalı
Tənəffüs çatışmazlığı dodaq, gözlərin üstü, yanaqların şişməsi ilə gedirsə bu Kvinke ödemidir. Dərhal allergiya və şok əleyhinə terapiya olunmalıdır.
Başda duman, ürəkbulanma, titrəmə, qorxu, gözlərdə qaralma, ayaqların altında yer qaçması – nevroz və panik atak simptomlarıdır.

Paylaş
Xəbər lentİ