DTX hazırda bu rayonda əməliyyat keçirir

Oxunma sayı: 175
16-11-2022, 12:38

DTX hazırda bu rayonda əməliyyat keçirir
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti Beyləqan rayonunda əməliyyat həyata keçirir.

Əməliyyat dövlət qurumlarından birinin yerli strukturunda keçirilir. İlkin məlumata görə, artıq dövlət qurumunun yerli strukturuna rəhbərlik edən şəxs saxlanılıb.

“Əməliyyat zamanı digər vəzifəli şəxslərin də saxlanılması mümküdür”, – deyə məluatda bildirilir.

Arasdırma.info musavat.com-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb.

Dəyanət Atakişiyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır.

O, rüşvət almaqda şübhəli bilinir.

Paylaş
Xəbər lentİ