Fərhad Əhmədovun Göyçaydakı villasında axtarış... - Milyarder saxlanılıb?

Oxunma sayı: 177
18-11-2022, 17:50

Fərhad Əhmədovun Göyçaydakı villasında axtarış... - Milyarder saxlanılıb?
Bir sıra KİV-lər milyarder Fərhad Əhmədovun Göyçay rayonundakı malikanəsində axtarışların aparılması ilə bağlı xəbər yayıb.
Arasdırma.info xəbər verir ki, hökumətdəki mənbələrdən haqqın.az-a verilən məlumata görə, Azərbaycan xüsusi xidmət orqanlarının, xüsusən də Dövlət Təhlükəsizliyi Xidmətinin Fərhad Əhmədova sualları var.
"Milyarderin saxlanılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil", - deyə xəbərdə vurğulanır.
Qeyd edək ki, ABŞ hökuməti və Aİ Rusiyanın Ukraynadakı hərbi kampaniyası fonunda Fərhad Əhmədova qarşı sanksiyalar tətbiq edib.//bakupost

Paylaş
Xəbər lentİ