Azərbaycanlı mütəxəssislər artıq XANKƏNDİDƏDİR -VİDEO

Oxunma sayı: 168
3-12-2022, 17:02

Azərbaycanlı mütəxəssislər artıq XANKƏNDİDƏDİR -VİDEO
Sülhməramlıların Xankəndidəki qərargahında apardığı danışıqlar Azərbaycan tərəfinin istədiyi nəticəni verib.

Arasdırma.info xəbər verir ki, Azərbaycan Dövlət Televiziyası məlumat yayıb.

“Xankəndidəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold”un mütəxəssisləri monitorinqin aparılması ilə bağlı növbəti təşkilati məsələləri həll edirlər. Danışıqlar zamanı, təbii olaraq, Laçın dəhlizində formalaşmış tıxac da aradan qalxıb”, - deyə qeyd olunub.

Qeyd edək ki, dövlət qurumlarının əməkdaşları Rusiya sülhməramlılarının qərargahında sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılmasını müzakirə edəcək.

Vurğulamaq lazımdır ki, Qarabağda Azərbaycanın digər ərazilərində olduğu kimi istənilən dövlət qurumu istənilən vaxt monitorinqlər keçirə bilər.

Bu, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə, o cümlədən Xankəndiyə də aiddir.

[media=]

Paylaş
Xəbər lentİ