Lökbatan qəsəbəsində ağacların qeyri-qanuni kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama yayıb.
Qaradağ rayonu, Seymur Orucov küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvanda bu ilin aprel ayında 6 ağacın qanunsuz kəsildiyi müəyyən edilib və təbiətə dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, ərazidəki ağaclar isə sayılaraq qeydiyyata alınıb.
"Bu gün isə həmin əraziyə təkrar baxış keçirilib, yeni ağac kəsintisi faktı qeydə alınmayıb".
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70