Naxçıvana təyin olunan Fuad Nəcəfli kimdir?

Oxunma sayı: 175
22-12-2022, 18:10

Naxçıvana təyin olunan Fuad Nəcəfli kimdir?
Naxçıvan Muxtar Respublikasına Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Fuad Vahid oğlu Nəcəfli daha əvvəl özəl sektorda bir sıra vəzifələrdə çalışıb.

Arasdırma.info Qafqazinfo-ya istinadla xəbər verir ki, 1975-ci il təvəllüdlü F.Nəcəfli əslən Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindəndir.

O, bugünkü təyinatadək “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının üzvü olub.

F.Nəcəfli daha əvvəl "Paşa Holdinq"ə daxil olan bir sıra şirkətlərdə çalışıb.

Paylaş
Xəbər lentİ