BŞİH-də əməliyyat: Rəis həbs edildi

Oxunma sayı: 172
23-01-2023, 23:54

BŞİH-də əməliyyat: Rəis həbs edildi
Bu gün gunorta saatlarında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Bakı Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Arasdırma.info xəbər verir ki, verilən məlumata görə BŞİH-nin tabeli qurumu olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Natiq adlı şəxs və daha 3 nəfər həbs edilib.

Məlumat üçün bildirək ki, son zamanlar mediada Yaşıllaşdırma Təsərrüfat Birliyinin sədri Həsrət Əmrahovun qanunsuz əməlləri barəsində kifayət qədər geniş məlumatlar dərc edilib.

Qeyd edək ki, BŞİH- dən xəbəri təsdiq etdilər və saxlanılan səxsin Yasamal rayonu Yaşıllaşdırma Sahəsinin rəisi Natiq Abbasovun olduğunu bildirdilər.//tribuninfo

Paylaş
Xəbər lentİ