Ötən ilin dekabrın 11-də keçirilmiş Azərbaycan Xalq Partiyasının (AXP) V qurultayının nəticələrinin Ədliyyə Nazirliyində hüquqi fakt kimi qeydə alınması süni şəkildə uzadılır.
Arasdırma.info xəbər verir ki, partiyanın sədri Pənah Hüseyn özünün feysbuk səhifəsində yazıb:
“27.12.2022-ci il tarixdə yazılı şəkildə iki texniki çatışmazlıq (təqdim edilən sənədlərə AXP Nizamnaməsinin 1-ci redaksiyada əslinin əlavə edilməməsi və Nizamnamənin 2-ci redaksiyasının titul səhifəsində, AXP-nin qeydiyyat ilinin 1999-cu il əvəzinə 1992-ci il kimi getməsi) əsas göstərildi. Bunlar düzəldilərək yenidən təqdimatdan sonra 05.01.2023 tarixində bu dəfə titul səhifəsində vəzifəli şəxsin düzgün göstərilməməsi və Nizamnamədə sıralamada uyğunsuzliq qeyd olunaraq imtina edildi.Son çatışmazlıqlar düzəldiləndən sonra, bu gün siyasi partiyalar haqqında yeni qanuna istinad olunaraq təmamilə qanunsuz tələb irəli sürüldü."
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70