Abdin Fərzəliyev Xırdalan Bələdiyyəsinin sədri ilə vidalaşmalıdır.Əks halda aqibət yaxşı olmayacaq.

Oxunma sayı: 139
21-04-2022, 12:39

Abdin Fərzəliyev Xırdalan Bələdiyyəsinin sədri ilə vidalaşmalıdır.Əks halda aqibət yaxşı olmayacaq.
Abşeron rayonunda bələdiyyələrin fəaliyyəti həmişə qeyri-qənaətbəxş olub. Rayon İcra Hakimiyyətindən asılılıqdan qurtula bilməyən bələdiyyə sədrləri zaman-zaman korrupsiyaya sövq edilərək, əsasən torpaq sahələrinin qanunsuz satışı, saxta sənəd düzəltmə, rüşvət alma, mənimsəmə cinayətləri üzrə məsuliyyətə cəlb olunublar. Bu sıradan hələlik axırıncılar olaraq keçən il 8 il müddətinə azadlıqdan məhrum edilən Qobu bələdiyyəsinin sabiq sədri Ənvər Əmiraslanovu, bu il ittiham olunan Saray bələdiyyəsinin sədri Məhi Həsənovu göstərmək olar.

Arasdırma.info xəbər verir ki.Dəryaz qəzetinin redaksiyasına daxil olmuş məlumata görə, Abşeron rayonunda korrupsiyaya meylli şəxslərin tanışlıq və başqa maraqlar əsasında bələdiyyələrə sədr və digər vəzifələrə “seçdirilməsi” tendensiyası davam etməkdədir. Etibarlı mənbə bildirir ki, Xırdalan Bələdiyyəsinin sədri Orxan Musayev Milli Məclisdəki deputat himayədarının köməyi ilə hazırki vəzifəsini ələ keçirib. Necə seçilməsi maraqlı deyyil.Maraqlı olan budur ki,Xırdalanda tikinti bumu,torpaq alveri davamlı inkişaf etməkdədir.Bundan başqa etibarlı mənbənin verdiyi məlumata görə tikilmiş evlərə köhnə sənədlərin verilməsi üçün müəyyən məbləğ tələb olunur.
Mənbənin verdiyi məlumata görə, Orxan Musayevin anası Abşeron RİH-nin sabiq başçısı İradə Gülməmmədovanın həkim həmkarı və yaxın rəfiqəsidir. Orxanın Moskvada və Azərbaycanda cehizlik malların alveri ilə məşğul olan şirkətləri vardır. Bildirilir ki, Orxan Musayev bələdiyyənin maliyyə vəsaitlərini talayır. Aylıq verilən 2000 AZN vəsaitin xərclənməsi barədə məlumat verilmir.Onlar həmçinin rayon bələdiyyələrinin sədrləri ilə anlaşıb onların vergidən yayınmalarına, topladıqları vergiləri mənimsəmələrinə köməklik göstərərək haram qaazanclarına şərik olurlar. Bələdiyyə tərəfindən sakinlərə tətbiq olunan əmlak vergiləri isə kifayət qədər yüksək həddədir. Bu üzdən yerlərdə bələdiyyə işçiləri ilə vergi ödəyiciləri arasında insidentlər də baş verir.
Arasdırma.infonun əməkaşı Bələdiyyə rəhbəri ilə görüşmək istəsə də,min cür bəhanə ilə görüşdən və açıqlamadan imtina edilib.
Hamıya məlumdur ki,Xırdalan ərazisində son illərdə xeyli bina tikilib və istifadəyə verilib.Busakinlərin əksəriyyəti bələdiyyə vergisi ödəyir.Lakin bu ödənişlərin nə qədər şəffaf olması şübhə altındadır.
İllərlə növbəyə duran,torpaq alıb ev tikmək istəyən vətəndaşa yer yoxdur.Deyilir ki,bələdiyyə torpaqları verilib qutarıb.Amma bir ucdan tikinti davm edir,
Vətəndaş qeyd edir ki,bir neçə il əvvəl külli miqdarda pul verib aldığı torpaqda ev tikmək istəyi alınmayıb.Məlum olub ki,bu torpaq xəritədə ,mərkəzi bazada yoxdur.
Orxan Musayevin qanunsuz əməlləri dərhal yoxlanılmalı və nəticə çıxarılmalıdır.Əks halda Yeni təyin olunan icra başçısı Abdin Fərzəliyevin gördüyü nümunəvi işlərə kğlgə düşəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş
Xəbər lentİ