95 yaşlı rektor təqaüdə göndərildi.

Oxunma sayı: 168
15-02-2023, 16:23

95 yaşlı rektor təqaüdə göndərildi.
Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Arasdırma.info xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə, Natiq Kamal oğlu Əliyev akadmeiyanın rektoru təyin edilib.

Qeyd edək ki, Ömər Eldarov 1927-ci il təvəllüdlüdür. Onun 95 yaşı var.
Natiq Kamal oğlu Əliyev (10 avqust 1958, Bakı) Azərbaycan heykəltəraşı, professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008), Azərbaycan Respublikasının xalq rəssamı (2005) adını alıb.

95 yaşlı rektor təqaüdə göndərildi.

Paylaş
Xəbər lentİ