[thumb=left]https://arasdirma.org/uploads/posts/2023-04/1681580668_1681558770_438750432_0_29_1000_592_1920x0_80_0_0_ec46b358b02e660e4c27504d977d3ee2.jpg[/thumb
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı məktubu ünvanlayıb.
Arasdırma.info xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, Akar Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisinin şəhid olması ilə əlaqədar azərbaycanlı həmkarına başsağlığı verib.
Məktubda Hulusi Akar Azərbaycan xalqının hiss etdiyi ağrıları ürəkdən paylaşdığını bildirib: "Türkiyə və Azərbaycan "iki dövlət, bir millət" anlayışı ilə kədərdə və sevincdə bir yerdədir. İndiyə qədər etdiyimiz kimi şəhidlərimizin haqq mübarizəsində də bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam edəcəyik".//modern
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70