Vaşinqtonla bağlı danışıqlar sərfəli deyil.-Matevosyan

Oxunma sayı: 159
1-05-2023, 21:18

Vaşinqtonla bağlı danışıqlar sərfəli deyil.-Matevosyan
Beniamin Matevosyan hesab edir ki, danışıqların Rusiya platformasından qərb platformasına keçirilməsi Bakı üçün sərfəlidir, İrəvan üçün yox.

Arasdırma.info Sputnik Armeniya-ya istinadən xəbər verir ki, “Rəsmi İrəvan və Bakı Dağlıq Qarabağla bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatı nəhayət ki, məhv etmək üçün addımlar atır”. Bunu müsahibəsində Vaşinqtonda İrəvanla Bakı arasında danışıqların yeni raundunun keçirilməsini şərh edən politoloq Beniamin Matevosyan deyib.

Matevosyanın sözlərinə görə, üçtərəfli bəyanatda situasiyaya uyğunlaşdırdığına, yeni hərbi-siyasi balansın qeydə alındığına, lakin onun imzalanmasından dərhal sonra İrəvan və Bakının sənədi sabotaj etməyə başladığına diqqət çəkib.

“Məsələn, rəsmi İrəvan sənəddə nəzərdə tutulduğundan daha çox əraziləri təhvil verməyə başladı. Həmin sənəddə qeyd edilirdi ki, qoşunlar atəşkəs elan edilən vaxtda olduqları mövqelərdə qalıblar. Bakı əsirləri qaytarmalı idi, amma qaytarmadı. Müxtəlif proseslər, kommunikasiyaların açılması, sərhədin delimitasiyası və demarkasiyası və s. gedirdi”, – ekspert bildirib.

Matevosyan qeyd edib ki, üçtərəfli bəyanatda iki mühüm məqam var. Xüsusilə, bu, Rusiya sülhməramlılarının nəzarət etməli olduğu Laçın dəhlizinin olmasıdır. İkincisi, bu, Dağlıq Qarabağın statusunun müəyyən edilməməsidir. Bu kontekstdə ekspert Rusiya Federasiyasının diplomatlar və rəsmilər tərəfindən dəfələrlə ifadə olunan mövqeyini xatırladıb – status məsələsini nəsillərə buraxmaq lazımdır.

“Ancaq Nikol Paşinyan başa düşdü ki, demarkasiya və delimitasiya, kommunikasiyalar açıldıqdan sonra münaqişəni idarə etmək, aydın oyun və münasibətlər qaydalarını qurmaq mümkün olacaq və bu halda o, Rusiya Federasiyasının yeganə siyasi tərəfdaşı olmaqdan əl çəkəcək. O, öz hakimiyyətinə qarşı təhdidləri dərk edib və danışıqlar prosesini Rusiyadan qərbə keçirməyə çalışıb”, – politoloq qeyd edib.

Ekspert qeyd edib ki, İrəvanın belə mövqeyi Bakı üçün də sərfəlidir, çünki müharibədə qalib gələn tərəf diplomatik arenada həmişə üstünlüyə malikdir. Bundan başqa, Rusiyanın sülhməramlı kontingenti Dağlıq Qarabağın Azərbaycanın tam şəkildə ələ keçirməsinə yeganə maneədir. O xatırladıb ki, İrəvan artıq qərb platformasındadır – Praqada Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etməyə razılaşıb. Onun sözlərinə görə, status-kvonun transformasiyası sənəd şəklini alan kimi, Ermənistan isə geosiyasi kursunu dəyişib, kağız üzərində təsbit edən kimi, 9 noyabr bəyanatı da öz qüvvəsini itirəcək.//Tribunainfo.az

Paylaş
Xəbər lentİ