Həbsdə olan məşhur müğənninin cəzası artırıldı - FOTO

Oxunma sayı: 17
16-09-2025, 00:25

Həbsdə olan məşhur müğənninin cəzası artırıldı - FOTO
Həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası artırılıb.

Arasdırma.org xəbər verir ki, bununla bağlı hökm Binəqədi rayon Məhkəməsində verilib.

Dəniz Əsədova daha bir nəfəri təhqir etməkdə və böhtan atmaqda təqsirli bilinib. Dəniz Əsədova barəsində digər hökmdə bu cəzasına birləşdirilib. Ümumilikdə Dəniz Əsədova əvvəlki hökmlərlə bu hökm birləşdirilməklə qəti olaraq 8 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, müğənni vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən 7 ay azadlıqdan məhrum edilib.

Paylaş
Xəbər lentİ