"Məktəb mühafizəsində qapıçı modeli ləğv olunmalı, peşəkar təhlükəsizlik sistemi qurulmalıdır" - Təhsil eksperti

Oxunma sayı: 8
20-04-2026, 21:54

"Məktəb mühafizəsində qapıçı modeli ləğv olunmalı, peşəkar təhlükəsizlik sistemi qurulmalıdır" - Təhsil eksperti
"Məktəblərdə təhlükəsizlik məsələsi sadəcə bir inzibati vəzifə deyil, gələcəyimizin mənəvi və fiziki bütövlüyünün qorunmasıdır. Türkiyədəki acı təcrübələr bir daha təsdiqləyir ki, təhlükəsizlik zəncirindəki ən kiçik bir boşluq bərpaolunmaz fəsadlara yol aça bilər. Azərbaycanda bu istiqamətdə müəyyən addımlar atılsa da, mövcud vəziyyəti tam qənaətbəxş hesab etmək olmaz. Hazırda bir çox məktəblərimizdə videomüşahidə kameraları və mühafizə postları fəaliyyət göstərsə də, bu tədbirlər çox vaxt passiv mühafizə xarakteri daşıyır və hadisə baş verəndən sonra "nə baş verdiyini" görməyə xidmət edir. Bizə isə hadisənin qarşısını əvvəlcədən alan proaktiv və çevik bir sistem lazımdır".

Arasdırma.org xəbər verir ki, bu sözləri təhsil eksperti Şəmsi Qoca danışıb.

.
"Məktəb mühafizəsində qapıçı modeli ləğv olunmalı, peşəkar təhlükəsizlik sistemi qurulmalıdır" - Təhsil ekspertiO, açıqlamasında qeyd edib ki, bu sistemi qurmaq üçün ilk növbədə məktəb girişində dayanan şəxsin funksiyası kökündən dəyişməlidir:

"Mühafizə xidməti sadəcə qapıçı səviyyəsində deyil, Daxili İşlər Nazirliyi və ya peşəkar mühafizə şirkətləri tərəfindən idarə olunan, metal detektorlardan istifadə edən və fövqəladə hallarda çevik reaksiya verməyi bacaran mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Eyni zamanda, texnoloji tərəqqidən istifadə edərək biometrik turniketlər və süni intellekt əsaslı "ağıllı kameralar" vasitəsilə kənar şəxslərin girişi tam qapadılmalı, daxildəki hər hansı aqressiv hərəkətlər dərhal aşkarlanmalıdır.

Təhlükəsizlik təkcə fiziki müdafiə demək deyil, həm də daxili mühitin sağlamlığıdır. Məktəb psixoloqlarının rolu artırılmalı, onlar hər bir şagirdin davranış xəritəsini izləməli və həmyaşıd zorakılığı olan bulinqin qarşısını vaxtında almalıdırlar. Sinif otaqlarında hüquq-mühafizə orqanlarına birbaşa qoşulan həyəcan düymələrinin olması isə hər hansı insident zamanı saniyələr ərzində yardımın çatmasını təmin edər. Yalnız texniki nəzarət, peşəkar mühafizə və sağlam psixoloji mühitin vəhdəti yaradıldıqda, məktəb şagird üçün valideynin gözü arxada qalmayacağı ən təhlükəsiz qalaya çevrilə bilər".//sonxeber

Paylaş
Xəbər lentİ