Oba marketində pul qalığı əvəzinə kibrit verirlər…
“Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti Aydın Talıbova bir daha demək istəyirik ki, bu yazını yazmazdan 1 saat öncə sənə məxsus “Oba” marketi dolaşıb gəlmişik.
Birincisi, “Oba” marketdə yuyucu tozlar, şampun-filanla ərzaq məhsulunu eyni yerdə görəndə düşündük ki, buna insan dözməməlidir.
Aydın Talıbov, sənə bir məsələni başa salaq ki, sovet dövründə satıcılar hazırlayan peşə məktəbləri var idi, ticarət texnikumu var idi və s.
Hətta peşə məktəbində oxuyan şagirdlərə başa salırdılar ki, ərzaq məhsulu ilə kimyəvi maddələr eyni şöbədə ola bilməz. Çünki bu insan həyatı üçün ciddi təhlükədir.
Başa düşdünmü, ay Aydın Talıbov ?
XXI əsrdə küçədən keçən, heç bir təhsili olmayan təsadüfi adamları gətirib marketlərində satıcı, nəzarətçi, hətta Allah qoymasa müdir qoyursan və…bunun əzabını vətəndaşlar çəkir.
Küçədən keçən təsadüfi adam nə bilir ki, yuyucu kimyəvi tozla qəndi, şəkər tozunu bir yerdə qoymaq olmaz. Aydın Talıbov, götür o işçi heyyətini də, xaricdən gətirdiyin mütəxəsisləri də, deyirsən e yuxarılarda adamımız var tapşırmışıq Gundəlik Bakını susduracaqlar, hətta onu da apar BRAVO ticarət mərkəzinə və onlardan öyrənin, öyrənin ki, qayda-qanuna, təmizliyə, qiymətlərin tənzimlənməsinə necə riayət etmək lazımdır. Yoxsa ki, dahi Sabir demişkən, "Mən salim olum, özgələri batsada batsın". Niyə sən özündə cəsarət toplayıb mətbuatın önünə çıxmaq istəmirsən? Bax yazdığın şikayət ərizələri bizim arxivimizdə həmişə qalacaq. Sən həbs olunandan sonra həmin yazdığın ərizələri sənin arxanca cəza çəkəcəyin həbsxanalara göndərərək, bizim günahsız olduğumuzu sən orada bir daha başa düşəcəksən. Biz xalqımızın, millətimizin sağlam qidalanması üçün bu yazıları dərc edirik. Sən isə bizim yanımıza müxtəlif adamları, hətta dostlarımızı xahişə göndərirsən. İşində dönüş yarat, Aydın Talıbov! Bizə başqa heç nə lazım deyil.
İndi isə qayıdaq kadr məsələlərinə. Bəs, kollec, hətta ali təhsilli gənclər olduğu halda sən niyə, savadsızlara üstünlük verirsən ?
Çünki onları istədiyin kimi istismar edirsən, gündə 10 saat işlədirsən, aşağı maaş verirsən, işçilərlə əmək müqaviləsi imzalamırsan….və daha nələr. Bu əsl istismarçılıqdır.
İki gündən bir kassada oturan qızları işdən qovub yenisini götürüsən, bu bəzi savadsızlar isə adi kassa aparatnı işlədə bilmirlər.
Məhsulu “vozvrat” edəndə gərək müştəri 20 dəqiqə gözləyə ki, MÜDİR BƏY gəlib malı kassadan siləcək. Yəni sənin işçilərin, adi kassanı işlədə bilmir.
Sənin işçilərin müştəriyə pul qalığı olaraq kibrit verir.
Aydın Talıbov, bəlkə orta əsrlərdəki kimi natural mübadilə edəsən..?
Bəlkə pulun qalığının əvəzinə müştəriyə yumurta, ya da içindən qurd çıxan ULDUZ şokoladı verəsən..?
Bəlkə, müştəriyə içindən bolt, qayka, paslı mıx çıxan günəbaxan tumu təklif edəsən ?
Aydın Talıbov, bütün yazdıqlarımız qələm əhlinin deyil ee, bir müştəri olaraq hər gün qarşılaşdığımız neqativ hallardır.
Aydın Talıbov, vitrindəki bir məhsulun altında düz 3 ədəd qiymət var.
Bir saat öncə sənin Oba marketindən yuyucu toz alan qadın kassada dava saldı ki, məhsulun altında 1 manat 60 qəpik yazılıb, kassada isə 4 manat 20 qəpik göstərilir…
Satıcı yazıq deyir ki, mənim nə günahım var, marketin sahibi belə deyib…
Bu halla gündə neçə dəfə sənin Araz və Oba marketlərində rastlaşırıq.
Sən bir nəfəri 3 adamın yerinə işlədirsən. Ona görə də kassanın qabağında bir dəstə müştəri yığılandan sonra “kassirşa” gəlib çıxır.
Aydın Talıbov, deyirsən, 17 min nəfər işçim var…
Sənin bəzi işçilərin nə gündədir..? Müştəri söz soruşanda bəzi işçilərin az qala adamı dişləsinlər…
İndi deyirsən, təzədən biz sənə sual verək ki, dediyin 17 min işçinin neçəsinin rəsmi əmək müqaviləsi var..?
17 min işçinin neçəsinin ali, heç olmasa orta ixtisas təhsili var..?
17 min işçiyə görə, nə qədər vergi ödəyirsən, Dövlət Sosial Müdafiə Fonduna nə qədər pul ödəyirsən..?
Aydın Talıbov, indi sənə deyək ki, illər uzunu sabiq nazir Səlim Müslümova aylıq verib, nə qədər vergidən yayınmısan..?
Aydın Talıbov, təkrarçılıq olmasın, axı sənə bir dəfə dedik ki, sənin bir AUDİT-lik canın var, xırda bir yoxlama sənin damını başına uçurdar.
Məhkəmə ilə müstəqil medianı hədələmək problemdən çıxış yolu deyil….
Biz dəfələrlə şirkrətinizə qarşı tətbiq olunan 2 milyonluq sanksiyadan bəhs etmişik. Niyə bircə dəfə aydınlıq gətirməmisiniz..?
Biz Antiinhisar Dövlət Xidmətinin şirkətinizə qarşı sanksiyası ilə bağlı sizə media üzərindən sual vermişik…
Niyə bu suallara cavab vermirsiniz…?
Belə suallar kifayət qədərdir. Amma siz cavab əvəzinə təhdidə, hədə-qorxuya əl atırsınız, sonda minnətçilər salırsınız…
Cənab Prezident dəfələrlə müşavirələrdə süni qiymət artımı barədə xəbərdarlıq edib.
Cənab Veysəl müəllimin oğlu, bütün bunların sənə dəxli yoxdur ?
Sən bir həftədə 3 dəfə qiymət dəyişirsən…
Müxalif partiya sədrinin ofisində oturmağın barədə keçən dəfə yazdığımız üçün bu məsələdən vaz keçirik.
Amma öz fəaliyyətində müsbət dönüş yaratmayanadək, səndən vaz keçən deyilik.
Aydın oldumu, Aydın Talıbov..?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Aydın Talıbov, biz sənə bildiririk ki, kimin yanına gedirsən get, kimin adını çəkirsən çək sənin mağazalar şəbəkəndən qurdlu şokoladlar yığışdırılmayınca bu yazılar dayandırılmayacaq. Hansı namusunu qoruya bilməyən deyirsə ki, Gündəlik Bakı məhkəmədən qorxur, verin məhkəməyə həmin şəxs həmişə evində bizim redaksiyanın yazarlarını görür, ona görə də aqresivdir.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70