Qaxda keçmiş bələdiyyə sədri zəhərlənmədən ölüb.
Arasdırma.info report-a istinadən xəbər verir k, Qax rayonunun Qum kənd sakini, 44 yaşlı Fərid Həşimov ötən gün zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Həkimlər xəstəni müayinə edib və vəziyyətini nəzərə alaraq onu Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.
Bu gün isə Fərid Həşimov aparıldığı xəstəxanada həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. İlkin məlumatda onun dərmandan zəhərləndiyi bildirilir.
Qeyd edək ki, Fərid Həşimov uzun müddət Qax rayonunun Qum kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70