Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərov həbs edilib.
Arasdırma.info xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.
O bildirib ki, İmadəddin Nəsiminin 16 metr hündürlüyə malik heykəlini hazırlayan Ələkbərov Rəşad Böyükağa oğlu Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
"Az ağır cinayətlə ittiham olunmasına, ibtidai istintaq orqanının çağırışlarından yayınmamasına baxmayaraq, bu gün barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - vəkil deyib.
***
Əməkdar rəssam Rəşad Ələkbərov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluq orqanlarının vəsatətinə baxılıb.
Bu barədə APA-ya onun vəkili Adəm Məmmədov məlumat verib.Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.
R.Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70