SON DƏQİQƏ
Cəmiyyət

Qarabağ veteranı jurnalist vəfat etdi

Qarabağ veteranı jurnalist vəfat etdi
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat xidmətinin rəhbəri, jurnalist, Qarabağ qazisi Xəqani Rzaquliyev vəfat edib.
Arasdırma.info xəbər verir ki, Xəqani Rzaquliyev 9 noyabr 1963-cü ildə ozamankı Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub.

Müxtəlif illərdə, müxtəlif vəzifələrdə - Ağdərə rayonunun Xatınbəyli kəndində hərbi rəhbər (1987-1989), Ağdərə rayonunun Gəncxana qəsəbəsində məktəb direktoru (1984-1987), “Gənclik” jurnalında ədəbi işçi və şöbə müdiri (1989-1994) vəzifələrində çalışıb.

X.Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradılmasında iştirak edib və “Vətən Müharibəsi” adının seçilməsi təklifi onun adıyla bağlıdır.//medicina.az
REKLAM · 728 × 90