Dekabrın 9-da həbs olunmuş siyasi fəal Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxılıb.
Şikayət üzrə məhkəmə prosesi bu gün saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə keçirilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Arasdırma.info xəbər verir ki,sfera.az-ın məlumatına görə, bu barədə Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc məlumat verib.
Xatlrladaq ki, B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70