Yasamalda bağça müdirinə iş açılıb.

Oxunma sayı: 173
10-01-2023, 22:14

Yasamalda bağça müdirinə iş açılıb.

Valideynlərdən qanunsuz pul yığan bağça müdiri barəsində cinayət işi başlanıb.

Arasdırma.info xəbər verir ki, bu barədə yanvarın 10-da prokurorluq orqanlarından məlumat verilib.

Bildirilib ki, qanunsuzluğa Yasamal rayonu ərazisində yerləşən 98 nömrəli körpələr evi-uşaq bağçasında yol verilib. Məlumata görə, araşdırma zamanı müdir tərəfindən qulluq mövqeyindən istifadə edilməklə 2018-2022-ci illər ərzində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə, bağçada təhsil alan uşaqların valideynlərindən pul vəsaitlərinin yığılmasına və faktiki olaraq işləməyən şəxslərlə bağlı saxta əmək haqqı sənədlərinin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Paylaş
Xəbər lentİ