Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Beynəlxalq opera festivalları laureatı, Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı, bas opera müğənnisi Əli Əsgərov 62 yaşında vəfat edib.
Arasdırma.info xəbər verir ki, bu barədə müğənninin sənət yoldaşları sosial mediada məlumat yayıb.
Qeyd edək ki, Əli Əsgərov 1961-ci ildə Bakı şəhərində dünyaya gəlib. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsini və aspiranturasını bitirib, 1990-cı ildən teatrın solisti olub.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70