İstismara qəbul olunmamış 67 bina, paslı armatura tökülən beton: Yeni tikililərə etibar varmı

Oxunma sayı: 154
27-02-2023, 17:45

İstismara qəbul olunmamış 67 bina, paslı armatura tökülən beton: Yeni tikililərə etibar varmı
Türkiyədə baş verən zəlzələ zamanı yeraltı təkanların episentri və yaxınlığındakı ərazilərdə 61 722 bina yaşayış üçün tamamilə yararsız hala düşüb. Bu barədə Türkiyə mətbuatında dərc edilən məlumatlarda qeyd edilir. Tikinti sektorunda yol verilən nöqsanlara görə isə tikinti podratçıları, bina sahibləri və mühəndislər daxil olmaqla 600-dən çox insana qarşı araşdırmalar aparılır.

Qardaş ölkədə yaşananlar çox ağır bir faciədir və zərərçəkənlər üçün təşkil edilən yardım kampaniyalarında Azərbaycan da başda olmaqla bir çox ölkələr dəstəklərini əsirgəmədilər. Eyni zamanda, baş verən hadisələrdən sonra tikinti sektorunda bir sıra monitorinqlərə başlanıldı. Tikinti zamanı qanunvericilik çərçivəsində prosedurların normativlərə uyğun aparılmasına diqqət bir az da artırıldı.

Azərbaycan seysmoloji cəhətdən yüksək riskli bölgə hesab olunmasa da, tarixdə bir neçə güclü zəlzələ ilə üz-üzə qalıb.

Mövzu ilə əlaqədar diqqətdə saxlamaq istədiyimiz nüans yeni tikilən binaların keyfiyyət normativlərinə cavab verib-verməməsidir.

Sosial şəbəkələrdə ölkə daxilində çəkildiyi iddia edilən videoda fəhlənin işləməyən drel ilə betona toxunaraq onu rahatlıqla ovduğu görünür. Bunun yaşayış binası, obyekt, hər hansı özəl mülk olduğu məlum olmasa da, betonun belə asanlıqla ovulması onun keyfiyyətinə böyük şübhə yaradır.


Bəs aidiyyəti qurumlar tərəfindən aparılan monitorinqlər zamanı hansı nöqsanlar aşkarlanıb? Ümumiyyətlə, inşa edilən binaların normativlərə uyğun olub-olmadığı necə yoxlanılır? Çünki yalnız sənədlərlə aparılan araşdırma və monitorinqlərin düzgün nəticə verəcəyinə inam çox azdır. Sənədlərin saxtalaşdırılması elə də çətin məsələ deyil - bu, cəmiyyətə bəllidir.

Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Cahantv.az-ın sorğusunu cavablandırıb.

Paylaş
Xəbər lentİ