Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlandı

Oxunma sayı: 148
3-03-2023, 18:21

Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlandı
Zaqatala rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Arasdırma.info xəbər verir ki,bu barədə Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.//uçnokta

Paylaş
Xəbər lentİ